Play Store

​Çində həbs edilən ABŞ basketbolçuları vətənlərinə qayıdıb

Çində bahalı mağazadan oğurluq etməkdə şübhəli bilinərək həbs edilən ABŞ universitetin 3 basketbolçusu vətənlərinə qayıdıb.

Metbuat.az-ın məlumatına görə, oyunçular Anqelo Ball, Kodi Raliy və Yalen Luis günəş eynəyi oğurlamaq ittihamı ilə həbs olunmuşdu. Onlar pul müqabilində keçən həftə azadlığa buraxılsa da, məhkəmə prosesi başa çatana qədər onların Çini tərk etməsinə icazə verilməyib.

Hadisə səbəbindən dünyanın diqqətini çəkən Los-Anceles Kaliforniya Universitetinin oyunçuları amerikalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR