Pakistanda polis məmurunun avtomobilinə hücum nəticəsində 4 nəfər ölüb

Pakistanın Kuetta şəhərində yüksək vəzifəli polis məmurunun avtomobilinə silahlı hücum nəticəsində dörd nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, Pakistan mətbuatında yer alan məlumatlara görə, polis məmuru Məhəmməd İlyas və ailəsinin olduğu avtomobilə hücum zamanı o özü, oğlu, gəlini və nəvəsi həyatını itirib.

Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Onların tapılması istiqamətində əməliyyat başlayıb. Hələlik hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Ötən həftə Kuettada polisə yönəlmiş intihar hücumunda üç polis həlak olmuş, dörd nəfər yaralanmışdı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR