Reks Tillerson Myanmaya səfər edib - İttihamları prezidentin üzünə dedi

ABŞ dövlət katibi Reks Tillerson Myanmaya səfər edib.

Metbuat.az-ın məlumatına görə, o, ölkə lideri Aunq San Suu Ki və digər rəsmilərlə Rohinca müsəlmanlarının qaçqın böhranını müzakirə edib.

Myanma lideriylə ilə qısa mətbuat konfransında Tillerson deyib ki, müstəqil təhqiqat Banqladeşə qaçan Rohinca müsəlmanlarına qarşı törədilmiş zorakılığın səbəblərini müəyyən edə bilər:

“Ötən il seçilmiş hökumət hakimiyyətə gəldikdən sonra Rakin ştatında böhran Myanmanın üzləşdiyi ən ciddi məsələdir. Biz Myanma təhlükəsizlik qüvvələri və digər qrupların törətdiyi zorakılıqlar barədə mətbuatda geniş yayılmış xəbərlərdən çox narahatıq. Biz həmçinin, yüz minlərlə kişi, qadın və uşağın evlərindən didərgin düşməyə vadar edilmələrindən narahatıq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR