Play Store

​İranda sakinlər ərzaq çatışmazlığından əziyyət çəkir - Zəlzələnin fəsadları

İranda baş vermiş güclü zəlzələ nəticəsində evləri dağılmış sakinlər ərzaq çatışmazlığından əziyyət çəkir.

Metbuat.az-ın məlumatına görə, hökumətin zərərçəkənlərə çatdırdığı humanitar yardımın miqdarı az olduğundan, sakinlər qida və çadır üçün xalqa müraciət etməli olub. Bildirilir ki, daha çox zərər görmüş Kermanşah şəhərində 10 minə qədər çadır yerləşdirilib.

Bu isə kifayət deyil. Sakinlər gecəni açıq səma altında keçirməli olur.

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 530-a çatıb. Yaralıların sayı 8 mindən çoxdur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR