Türkiyə prezidenti Qətərə səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Küveytin ardınca Qətərə səfər edib.

Metbuat.az-ın məlumatına görə, Dohada əmir Təmim bin Həməd Al-Sani ilə görüşdə ikitərəfli münasibətlərlə yanaşı, körfəz böhranının həlli yolları və digər regional məsələlər müzakirə olunub. Ardınca Qətər-Türkiyə Ali strateji komitəsinin 3-cü toplantısı keçirilib.

Görüşdən sonra tərəflər hökumətlərarası anlaşma və protokollar imzalayıb.

Sənədlər iki ölkə Mərkəzi banklarının əməkdaşlığını, turizm, ədliyyə, qida və informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı əlaqəni nəzərdə tutur

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR