Rusiya “işğalçı dövlətdir” - Qətnamə

BMT Baş Assambleyası Krım tatarlarının hüquqlarının pozulmasına dair qətnamə layihəsini səs çoxluğuyla qəbul edib.

Metbuat.az-ın məlumatına görə, Ukrayna Prezidenti Petro Poroşenkonun təqdim etdiyi sənəddə Rusiya “işğalçı dövlət” adlandırılıb. Qətnamə layihəsini 71 ölkə, o cümlədən, Avropa Birliyi dövlətləri, Kanada və Amerika Birləşmiş Ştatları dəstəkləyib. 25 ölkə sənədin əleyhinə səs verib.

77 nümayəndə isə bitərəf mövqe nümayiş etdirib. Sənəddə qeyd olunur ki, Rusiya Krım sakinlərinə qarşı hüquq pozuntularına təcili olaraq son qoymalıdır.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR