İran İsrailin təklifini rədd etdi

İsrail hökuməti zəlzələdən zərər çəkmiş İran və İraqa yardım təklif edib.

Metbuat.az-ın məlumatına görə, baş nazir Binyamin Netanyahu bəyan edib ki, hökumətlər arasındakı ziddiyyətə baxmayaraq, İsrail təbii fəlakətdən əziyyət çəkən şəxslərə kömək etməyə hazırdır.

Əsasən dərman preparatlarından ibarət olan yardımın Qırmızı Xaç Cəmiyyətinin xəttiylə göndərilməsi nəzərdə tutulub.

Lakin Tehran təklifi geri çevirib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR