Play Store

Çində zəncirvari qəza:18 ölü - VİDEO

Çinin şərqindəki Anhoy əyalətində ciddi insan tələfatı ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, 30-dan çox avtomobilin toqquşması nəticəsində 18 nəfər həyatını itirib, 11-i ağır olmaqla, 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbənin təsirindən 4 nəqliyyat vasitəsində yanğın baş verib. Hadisə üzündən yolda uzunluğu bir neçə km-ə çatan tıxac əmələ gəlib.

Ağır qəzaya dumanlı havanın səbəb olduğu bildirilir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR