Təbriz Həsənov: Mənim öz komandam var

Təbriz Həsənov: Mənim öz komandam var
12:05 7 Aprel 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

“Açığı, yeni təyinatımın rəsmiləşməsindən xəbərim yox idi. Şadxəbər olasız”.

Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət milli komandamızın yeni baş məşqçisi Təbriz Həsənov deyib.
 
Mirbağır İsayevin istefasından sonra boş qalmış postu Həsənov tutub. 16 yaşadək futbolçulardan ibarət millini çalışdıran gənc məşqçi bundan sonra U-17-yə rəhbərlik edəcək.
  
Həsənovun yeni işində köməkçilərinin kim olacağı da artıq dəqiqləşib. O, sabiq çalışdırıcı Mirbağır İsayevin köməkçiləri ilə işləmək fikrində deyil: “Mənim öz heyətim, öz komandam var. Yeni işimdə də onlarla çalışmağa davam edəcəm. Nəyə görə başqa köməkçi götürməliyəm? U-16-da kimlər ki, mənimlə işləyirdi, hamısından razıyam və yeni işə də onlarla başlayacam”.
  
Qeyd edək ki, Təbriz Həsənovun U-16-dakı köməkçiləri Vüqar Məmməd və Elşad Tahirov idi.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR