Sumqayıt polisi: Sərnişin avtobusuna daş atılıb

Sumqayıt polisi sərnişin avtobusunun atəşə tutulması barədə yayılan məlumatlara münasibət bildirib.

Sumqayıt Şəhər Polis İdarəsindən Metbuat.az-a bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"7 saylı sərnişin avtobusuna daş atılıb, avtobusun şüşələri sınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Qeyd edək, bundan əvvəl şəhərin 17-ci mikrorayonu ərazisində, "Xarı Bülbül" restoranının yaxınlığında 7 saylı marşrut xətti üzrə hərəkət edən 2 avtobusa atəş açılması barədə məlumatlar yayılmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR