Ellada Məmmədli:  “Müsavat Məclisində qəbul edilən təlimat Nizamnaməyə və demokratik düşüncəyə ziddir"

11:07 7 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:59 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Məclisin parlament seçkilərinə dair qəbul etdiyi təlimatla bağlı atacağım addım partiyanın Qadınlar Birliyi Şurasından asılıdır. Şura hansı qərarı versə, o qərarı icra etməli olacağam. Çünki mənim deputatlığa namizədliyimi Qadınlar Birliyinin Şurası irəli sürüb”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib. Məclisdə qəbul edilən təlimatın Nizamnaməyə və demokratik düşüncəyə zidd olduğunu vurğulayan E. Məmmədli bildirib ki, bu təlimat Qadınlar Birliyinin Şurasında müzakirə edilməlidir: “Azlıq çoxluğa tabedir və Qadınlar Birliyi Şurasında müzakirədən sonra bu məsələ ilə əlaqədar konkret fikir bildirə bilərəm. Hazırda bu barədə qəti fikrim yoxdur. Yeri gəlmişkən, Qadınlar Birliyi Şurasındakı xanımlar o qədər demokratik fikirli insanlardır ki, inanmıram onlar məni qeyri-demokratik təlimata uyğun olaraq öhdəlik götürməyə vadar etsinlər”.

 

Qeyd edək ki, qəbul olunan təlimata əsasən Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR