Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Ağdamda zəlzələ baş verib.

Metbuat.az-a AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

***

İlk xəbər 00:16-də əlavə olunub.

Azərbaycanda zəlzələ olub.

Metbuat.az-ın məlumatına görə, hadisə ölkənin bir çox hissələrində baş verib. Əsasən, Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad və digər rayonlarında hiss olunub. Zəlzələ həmçinin Sabirabad, Şəki, Gəncə, Şirvan, Ağcəbədi, Mingəçevir, Lənkaran, Bərdə, Ağcabədi, Göyçayda da hiss olunub.

Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub.

İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib.

Qeyri-rəsmi məlumatlara görə, zəlzələ 4,9 maqnituda gücündə olub və onun mərkəzi Bərdədə, yerin 60 km dərinliyində qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR