Kənd Təsərrüfatı Nazirliyi açıq tender elan edib

Kənd Təsərrüfatı Nazirliyi açıq tender elan edib
12:08 7 Aprel 2015
448 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC 
Kənd Təsərrüfatı Nazirliyi “Respublika Baytarlıq Laboratoriyası üçün tələb olunan avadanlıqların alınması və quraşdırılması” üçün malların alınması məqsədilə açıq tender elan edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Respublika Baytarlıq Laboratoriyasının yarma və nümunə otaqları, eləcə də dopinq, DNT, dioksin analizləri üçün cihaz və avadanlıqların təchizatı və quraşdırılması nəzərdə tutulub. Avadanlıqların geniş təsviri və sayı tender sənədlərində əksini tapıb.
Sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) aprelin 28-dən gec olmayaraq aşağıdakı ünvana təqdim olunmalıdır. Təklifverənlər tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə mayın 7-dək təqdim etməlidirlər: Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755.
Tender “Dövlət satınalmaları haqqında” Qanuna əsasən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_Teserrufati_Nazirliyi_achiq_tender_elan_edib-844161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR