"Papağın sifətini yerə vurmazlar"

12:12 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonundan olan Vaqif İmanov 40 ildir ki, papaqçılıqla məşğuldur. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, 19 yaşında papaq tikməyin sirlərini atasından öyrənən usta bu işlə ailəsini dolandırır. Usta deyir ki, papağı hazırlamaq üçün ilk olaraq dərinin növü seçilir. Sonra sifarişçinin baş ölçüsünə uyğun olaraq, dəri biçilib-kəsilir. Papaq üçün hazırlanan içlik dəriyə tikilir və qəlibə qoyulur. Bir papaq iki günə hazır olur. Papağı geyinib-soyunmağın da öz qaydası var: ”Papağı yerə qoymazlar. Yəni sifətini yerə vurmazlar. Onu ya qəlibə, ya da kartonun üstünə qoymalısan”.

Usta müxtəlif çeşiddə müasir papaqlar da tikir. Milli papaqlarımız isə əsasən qaragül quzularının dərisindən hazırlanır. Bu qoyun cinsi respublikamızda olmadığı üçün o, dəriləri Orta Asiyadan sifariş edir. Hazırladığı papaqlardan bu vaxta kimi narazı qalan olmayıb. Sifarişçiləri isə əsasən orta və yaşlı nəslin nümayəndələridir.

Usta son dövrlər bu papaqlara nəinki həmyerlilərimizin, xarici qonaqların da maraq göstərdiyini deyir. Hətta turistlər arasında özləri üçün papaq tikdirib aparanlar da az olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/333213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR