Dağ velosipedçilərimizin “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlığı davam edir

Dağ velosipedçilərimizin “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlığı davam edir
11:13 7 Aprel 2015
63 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərdə də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığma komandamızın 4 üzvü - Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da mübarizə aparıb. İdmançılarımızdan ən yüksək nəticəni Aqşin İsmayılov göstərib və o, 13-cü olub.
Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərimizə gəlincə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dag_velosipedchilerimizin_Baki_2015_ilk_Avropa_Oyunlarina_hazirligi_davam_edir-844162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR