Mingəçevir də Avropa Oyunlarına hazırlaşır

Mingəçevir də Avropa Oyunlarına hazırlaşır
12:16 7 Aprel 2015
213 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı 2015 Avropa Oyunları Bakı ilə yanaşı Mingəçevir şəhərində də keçiriləcək. Hətta bu şəhərdə Kanoe sprinti idman növü üzrə könüllü proqram da təşkil olunub.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirib ki, Bakı 2015-in könülləri idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidir: “Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir”.

Mingəçevir öz su anbarları ilə məşhurdur. Orada üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda suya baş vuracaq. Ümumilikdə, 12 baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışı (yalnız kişilər arasında) keçiriləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) gələn ilin yayında keçiriləcək yarışlarda mühüm rolları yerinə yetirəcək 12000 nəfər könüllünü işə cəlb edəcək.
Bundan başqa “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında son tamamlanma işləri başa çatmaq üzərədir. Mingəçevirdə keçiriləcək yarışları 1000-dən çox tamaşaçının izləmək imkanı olacaq.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq yarış meydançası tam hazır vəziyyətə gətirilib. 800-dən artıq tamaşaçı tutumu olan yeni tribunanın quraşdırıması da bir neçə günə yekunaşacaq. Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında Avropanın 37 ölkəsindən 300-dək idmançının iştirak edəcəyi gözlənilir.

Bakı Avropa Oyunları avarçəkmə yarışlarının rəsmiləri tərəfindən oyunlar zamanı meydança ərazisində idmançılara, tamaşaçılara və media nümayəndələrinə kömək göstərəcək 100-dək könüllüyə təlimlər keçirilir.

Ümumilikdə isə Mingəçevir şəhərində keçiriləcək yarışlarada 400-dək könüllünün yardımından istifadə olunacaq.

Bakı Avropa Oyunları avarçəkmə yarışlarının rəhbəri Jan Jerome Perrin idmançılar və gələn qonaqlar üçün hər cür şəraitin olduğunu bildirdi. Yarış boyunca idmançılar avarçəkmə kəndi adlandırılan yeni qəsəbədə qalacaq:

“Əsas yarış zonasını hazır etmişik. Ətrafda hazırda bərpa işləri görülür. Burada çadırlar qurulacaq hansı ki, orada yarışlar zamanı idmançıların istirahət zonası təşkil olunacaq. Şəhərdə müxtəlif tədbirlər gedir. Yarışdan sonra idmançıların, xaricdən gələn tamaşaçıların üçün istirahət üçün yerlər hazırlanıb. Vaxt cəhətdən hər şey qaydasında gedir, hər şey yaxşıdır”, - deyə Jan Jerome bildirib.

Avarçəkmə yarışlarının rəhbəri həmçinin onu da əlavə etdi ki, aprel ayının 3-dən 5-dək sınaq yarışlarının keçiriləcəyi nəzərdə tutulub. Həmin yarışlarda Azərbaycan, Türkiyə və Gürcüstandan 100 idmançı iştirak edəcək. Sınaq yarışlarında təcrübə qazanmaq üçün 40-dək könüllü də cəlb olunacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR