Qardabanidə azərbaycanlılara məxsus tarixi qəbiristanlıq dağıdılıb - FOTO

Qardabanidə azərbaycanlılara məxsus tarixi qəbiristanlıq dağıdılıb - FOTO
12:17 7 Aprel 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:11 ]


Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Candar kəndinin qədim qəbiristanlığı dağıdılıb.

 

Bu barədə APA-nın Gürcüstan müxbirinə kənd sakinləri məlumat veriblər.

 

Sakinlərin sözlərinə görə, 1850-1870-ci illərdə dünyasını dəyişən şəxslərin dəfn edildiyi  qəbiristanlıq Candar kəndinin tarixən məskunlaşdığı ərazidə qalıb. 1870-ci ildə Qarayazı düzündə əsən güclü küləklər səbəbindən azərbaycanlılar oradan köçməyə məcbur olub, kəndin indi yerləşdiyi ərazidə məskunlaşıblar.

 

Sonradan 1989-1990-cı illərdə həmin əraziyə svan ailələri köçürülüb və onlar köçdükdən sonra kənd "Lemşveniyera" adlandırılıb.

 

Candar kəndinin sakinləri adət-ənənəyə uyğun olaraq tarixi qəbiristanlıqları hər zaman  ziyarət etdiklərini deyiblər. Onların sözlərinə görə, son illər qəbiristanlıq naməlum adamların tərəfindən uçurulur, qazılır, qəbir daşları qırılır, bərbad vəziyyətə salınır. Sakinləri dəfələrlə bununla bağlı Qardabani rayon İcra Hakimiyyəti rəhbərliyinə şikayət etdiklərini, lakin hər hansı dəyişiklik baş vermədiyini açıqlayıblar.

 

Candar kəndinin icra nümayəndəsi Teymur Məmmədov APA-ya açıqlamasında rayon rəhbərliyi qarşısında qəbiristanlığın hasara alınması məsələsini qaldırdıqlarını bildirib: "Bizə söz verilib ki, azərbaycanlılara məxsus qəbiristanlıq hasara alınacaq və onun tarixi abidə kimi qoruması ilə bağlı qəbiristanlığın girəcəyində yazılı lövhə asılacaq, qəbiristanlığa zərər yetirənlərə ciddi xəbərdarlıq ediləcək".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR