14 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

14 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib
16:58 9 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il fərdi qaydada qəbul edilən vətəndaşların sayı 14 160 nəfər təşkil edib. Onlardan 13 415 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlardan 946 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq keçirilən qəbullar zamanı (745 nəfər) və ƏƏSMN-də (201 nəfər) qəbul edilib.

Qalan 13 214 nəfərdən 231 nəfəri ƏƏSMN-də nazir müavinləri və aparat rəhbəri, 12 983 nəfəri nazirliyin digər məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Həmçinin ayrı-ayrı vətəndaşlar müraciətlərinə əsasən bir sıra sosial təminat növləri, reabilitasiya avadanlıqları ilə təmin olunublar. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlarla hüquqi izahat işi də aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR