Azərbaycan manatı Gürcüstanda mövqeyini möhkəmləndirir

Azərbaycan manatı Gürcüstanda mövqeyini möhkəmləndirir
12:18 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 7 aprel, AZƏRTAC
Azərbaycan manatı Gürcüstanda dövriyyədə olan xarici valyutalar sırasında mövqeyini bir qədər də möhkəmləndirib.
Gürcüstan Milli Bankının məlumatına görə aprelin 7-də bir Azərbaycan manatının məzənnəsi 2,1552 lari (GEL) müəyyən olunub.
Xarici valyutalar arasında ABŞ dolları, İngiltərə funtsterlinqi və avronun da məzənnəsi xeyli artıb.
Milli Bankın məzənnəsinə əsasən aprelin 7-də, 1 ABŞ dolları -2,2505 GEL, 1 avro - 2,4722 GEL, 1 funtsterlinq isə - 3,3636 GEL, 1 Türkiyə lirəsi - 0,8763 GEL, 100 Rusiya rublu – 3,9934 GEL müəyyən olunub.
Qeyd edək ki, Gürcüstan milli valyutasının qiymətdən düşməsi ölkədə bir sıra ərzaq və digər istehlak qiymətlərinin artmasına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_manati_Gurcustanda_movqeyini_mohkemlendirir-844165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR