Play Store

Həftədə 2 dəfə bir ovuc çərəz yeyin - Min dərdin dərmanı

Harvard Universitetinin araşdırmasına görə, həftədə 2 dəfə çərəz yemək ölümcül xəstəliklər riskini azaldır.

Metbuat.az xəbər verir ki, elm adamlarına görə, həftədə 2 gün bir ovuc çərəz yeməlisiniz. 200 mindən çox insan üzərində 30 ildən çox davam edən araşdırmada bütün sərt qabıqlı çərəzlərin ürək xəstəliklərini 23-15 faiz azaltdığı ortaya çıxıb.

Qeyd edək ki, çərəzlərin faydaları bununla bitmir. Qoz- bağırsaqları yumşaldır. Yaddaşı gücləndirir, qoz yağını isidib içmək bud ağrılarını sakitləşdirir. Qoz yağı həm də əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır. Fındıq- böyrək ağrılarını sakitləşdirir. Badam- sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Püstə - öd kisəsi və böyrək ağrıları üçün faydalıdır. Öskürəyi kəsir.

Aysel Yaqubqızı / Metbuat.az

Acı istiotu ayağınıza vurun, corab geyinin - İnanılmazdır...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR