Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın ilk “3G” operatoru “Azerfon” şirkəti “Nar Mobile” brendinin yeni loqosunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Nar Mobile” brendinin loqosu ilə yanaşı, adını da yeniləyib. Belə ki, brendin adından "Mobile" sözü ləğv olunub. Bundan sonra, operatorun xidmətləri "Nar" brendi altında təqdim ediləcək.
Yeni loqo "Landor", "Nar Garden" brend konsepti isə "Y&R Moscow" məşhur rebrendinq şirkətləri tərəfindən hazırlanıb.