Play Store

Oğlan uşaqlarının sayı qızlardan - 7 faiz çox olub

Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107459 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

Azərbaycan əhalisinin sayı açıqlandı - Artım var... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR