Elektron Təhlükəsizlik Mərkəzi veb brauzerlərin təhlükəsizliyini təminetmə qaydalarını açıqlayıb

11:42 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:37 ]

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Internet Explorer”, “Chrome”, “Mozilla Firefox” və “Apple Safari” kimi veb brauzerlər internetə giriş etmək üçün istifadə olunur. Veb brauzerlərdən müntəzəm şəkildə istifadə etmək ilk olaraq ondan istifadə zamanı müəyyən təhlükəsizlik qaydalarına riayət etməyə zərurət yaradır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, istifadəçinin xəbəri olmadan bədniyyətlilər tərəfindən kompüterə yüklənmiş ziyanverici proqramlar məlumatların oğurlanmasına səbəb ola bilər. Belə təhlükələrdən müdafiə olunmaq üçün veb brauzerlərin təhlükəsizliyi təmin edilməlidir.

 

Buna görə ilk olaraq istifadə edilən veb brauzerin təhlükəsizlik sazlamalarını gücləndirmək lazımdır. Brauzerin təhlükəsizlik, gizlilik və məzmun bölmələrindəki parametrləri yoxlamaq və əmin olmaq lazımdır ki, onlar uyğun səviyyədə qurulub.

 

Qeyd edək ki, təhlükəsizliyin artırılması müəyyən saytların funksionallığına təsir göstərə bilər.

 

Bundan başqa brauzerin keş yaddaşı tez-tez silinməli, veb brauzerdə “JavaScript”, “Java” and “ActiveX” idarə ediciləri deaktiv edilməlidir.

 

Funksionallığı artırmaq və ya dizayna müəyyən əlavələr etmək üçün veb saytlar veb brauzerdəki proqramların idarə edilməsi məqsədilə əlavələr (plugin), əmrlər (script) və idarə edicilərə etibar edirlər. Lakin təəssüf ki, bu əlavələr, əmrlər və idarəedicilər proqramlaşdırma səhvlərinə malik ola bilər ki, bu da bədniyyətliyə istifadəçinin kompüterinə ziyanverici proqram yükləməyə və idarə etməyə imkan verir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR