İŞİD vəhşiliyi: 1700 şiə əzabkeşin məzarı tapıldı - FOTO

İŞİD vəhşiliyi: 1700 şiə əzabkeşin məzarı tapıldı - FOTO
12:42 7 Aprel 2015
462 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqda reallaşdırdığı daha bir vəhşi cinayət aşkarlanıb.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD terrorçularından azad edilmiş Tikrit şəhərinin yaxınlığında qardaş məzarlığı aşkarlanıb. Məzarlıqda 1700 şiə əsgərin cəsədləri var.
 
Yerli sakinlərin dediklərinə görə, İŞİD Tikriti ələ keçirəndən sonra əsir düşmüş şiə hərbçilərə dəhşətli əzablar ıə işgəncələr verəndən sonra edam ediblər.
Hərbçilərin cəsədləri şəhər kənarında ekskavatorla qazılmış ümumi, böyük xəndəklərdə basdırılıb, sonra da üstü buldozerlə örtülüb.
Böyük məzarlıq 12 xəndəkdən ibarətdir.
 
İraq Səhiyyə Nazirliyinin məmuru Xalid əl Ətbi deyib: "Məzarlığı ağlaya-ağlaya qazdıq. Bu, vəhşilikdir. Axı özünə insan deyən məxluqlar 1700 adamın başlarını kəsərək onları xəndəkdə necə basdıra bilər?!"
 
Milli.Az
 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/24055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR