"Fənərbağça"nın əcnəbiləri Türkiyədən qaçırlar

"Fənərbağça"nın əcnəbiləri Türkiyədən qaçırlar
12:42 7 Aprel 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

“Fənərbağça” klubunun avtobusuna edilən silahlı hücum komandanın əcnəbi futbolçularını təşvişə salıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər”in əcnəbiləri artıq karyeralarını bu ölkədə davam etdirmək istəmirlər.
  
Yerli futbol federasiyası tərəfindən çempionat və kubok oyunları təxirə salındığından, əcnəbilər icazə alaraq ölkələrinə yollanırlar. Onlardan biri də Mussa Soudur. Ailəsini tələm-tələsik Fransaya göndərən Sou ardınca özü də Parisə gedib. Sounun ailəsi onun Türkiyədə oynamasına razı deyil. Digər futbolçularda da vəziyyət eynidir. Bu də klub rəhbərliyinin işini çətinləşdirir.
  
Qeyd edək ki, “Fənərbağça” ötən həftəsonu “Çaykur Rizəspor”la çempionat (5:1) oyunundan sonra Rizədən Trabzona yollanarkən avtobusa silahlı hücum edilmiş və sürücü yaralanmışdı. Klub rəhbərliyi də günahkarlar həbs olunmasa və təhlükəsizlikləri təmin edilməsə, heç bir oyuna çıxmayacaqlarını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR