Qardabanidə azərbaycanlılara məxsus tarixi qəbristanlıq dağıdılıb - FOTO

Qardabanidə azərbaycanlılara məxsus tarixi qəbristanlıq dağıdılıb - FOTO
12:47 7 Aprel 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Candar kəndinin qədim qəbristanlığı dağıdılıb
Bu barədə APA-ya kənd sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, 1850-1870-ci illərdə dünyasını dəyişən şəxslərin dəfn edildiyi qəbristanlıq Candar kəndinin tarixən məskunlaşdığı ərazidə qalıb. 1870-ci ildə Qarayazı düzündə əsən güclü küləklər səbəbindən azərbaycanlılar oradan köçməyə məcbur olub, kəndin indi yerləşdiyi ərazidə məskunlaşıblar.

Sonradan 1989-1990-cı illərdə həmin əraziyə svan ailələri köçürülüb və onlar köçdükdən sonra kənd "Lemşveniyera" adlandırılıb.

Candar kəndinin sakinləri adət-ənənəyə uyğun olaraq tarixi qəbristanlıqları hər zaman ziyarət etdiklərini deyiblər. Onların sözlərinə görə, son illər qəbristanlıq naməlum adamlar tərəfindən uçurulur, qazılır, qəbir daşları qırılır, bərbad vəziyyətə salınır. Sakinləri dəfələrlə bununla bağlı Qardabani Rayon İcra Hakimiyyəti rəhbərliyinə şikayət etdiklərini, lakin hər hansı dəyişiklik baş vermədiyini açıqlayıblar.

Candar kəndinin icra nümayəndəsi Teymur Məmmədov APA-ya açıqlamasında rayon rəhbərliyi qarşısında qəbristanlığın hasara alınması məsələsini qaldırdıqlarını bildirib: "Bizə söz verilib ki, azərbaycanlılara məxsus qəbristanlıq hasara alınacaq və onun tarixi abidə kimi qorunması ilə bağlı qəbristanlığın girəcəyində yazılı lövhə asılacaq, qəbristanlığa zərər yetirənlərə ciddi xəbərdarlıq ediləcək".

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR