Sabah 24˚ isti olacaq

Sabah 24˚ isti olacaq
11:51 7 Aprel 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanda mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturunun gecə 5-8˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.

Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 16-21˚, bəzi yerlərdə 24˚ isti, dağlarda gecə 0-4˚, gündüz 9-14˚, bəzi yerlərdə 17˚ isti olacağı gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR