Quzu əti qədər dadlı quzuqarnı

Quzu əti qədər dadlı quzuqarnı
12:53 7 Aprel 2015
842 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 7 aprel, Elxan Yusifli, AZƏRTAC
El arasında quzuqarnı adlanan göbələk növünü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq toplamaq olar. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir.
Hər il yaz fəslində quzuqarnı toplayan Əliheydər Yusifov AZƏRTAC-a bildirib ki, bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Onun sözlərinə görə, quzuqarnını toplamaq çox zövqlü məşğuliyyətdir. “Quzuqarnı toplayarkən balıq tutmaq qədər həzz alıram. Bəlkə də daha çox. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan seçilmir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun yerini bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Mart ayının əvvəllərində yağışlar çox yağarsa, quzuqarnı da bol olar”, - deyə Ə.Yusifov vurğulayır.
Ə.Yusifov deyir ki, quzuqarnı quzu ətindən baha satılır: “Bir kiloqramı 10-15 manatdır. Onun yığılması olduqca çətindir. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Amma deyilənə görə, əvvəllər meşələrdə quzuqarnı bol olurmuş”.
Qeyd edək ki, 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.
 








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quzu_eti_qeder_dadli_quzuqarni-844181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR