Səəd Həriri Fransaya ardınca isə Livana gedəcək

Livan prezidenti Mişel Aun, hazırda Ər-Riyadda olan Səəd Həririnin şənbə günü Parisə səfər edəcəyini, ordan isə vətənə qayıdacağını bildirib.

Metbuat.az-ın məlumatına görə, prezidentin yazılı açıqlamasında deyilir: “Səəd Həriri şənbə günü ailəsi ilə birlikdə Parisə gedəcək və bir müddət istirahət etdikdən sonra istefasının müzakirəsi üçün Livana gələcək”.

Aun, 2018-ci ilin may ayına planlaşdırılan seçkilərə diqqət çəkərək deyib: “Yaşanılan böhran məclisə keçiriləcək seçkilərin planlaşdırıldığı kimi aparılmasına problem yaratmır”. Açıqlamada Həririnin Fransada nə qədər qalacağı və Livana nə zaman geri dönəcəyi ilə bağlı məlumat verilməyib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR