DİN Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

12:57 7 Aprel 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:51 ]


Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da saat 18.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşub. Qəzadan sonra sürücülər avtomobillərdən düşərək mübahisə ediblər. Bu zaman Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı, 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib. 

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR