Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb
11:57 7 Aprel 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək ağır atletika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. keçiriləcək. "Report"un məlumatına görə, 8 gün davam edəcək çempionata 4 kişi və 2 qadın ağırlıqqaldıran yollanacaq.
Kişilərin yarışına Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi 77 kq), qadınların mübarizəsinə isə Boyanka Kostova (53 kq) ilə Anastasiya İbrahimli (69 kq) qatılacaq. Onlar yeni baş məşqçi Miroslav Çoros, məqşçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi altında çıxış edəcəklər. Xristov 2 illik dopinq cəzasını aprelin 9-da başa vuracağından, yarışda iştirakına heç bir əngəl qalmayacaq.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirakı gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-yigmasi-avropa-cempionati-heyet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR