“DəmirBank” “Əmanətlərinizi 17 faizədək artırın”  aksiyasına başlayıb

“DəmirBank” “Əmanətlərinizi 17 faizədək artırın”  aksiyasına başlayıb
12:58 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“DəmirBank”ın “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” əmanət növü ilə əmanətləri artırmaq üçün kampaniyaya başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, belə ki, bankın “Əmanətlərinizi 17 faizədək artırın” aksiyasına qatılmaqla müştərilər əmanətlərini 17 faizədək artıra bilərlər. Bu əmanət növünün daha bir üstünlüyü hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. Bununla yanaşı, əmanət məbləğindən asılı olaraq “Göy” əmanət sahibinin istəyinə əsasən ona plastik kart təqdim olunur. 5 min manatadək pul yatıranlara Cirrus Maestro / VİSA Electron, 5000-20.000 AZN üçün MasterCard Standart / VİSA Classic, 20.000 və daha çox yatıranlara isə Master Gold / VİSA Gold kartları verilir. “Göy” əmanəti üzrə hesablanmış faizlər müştərinin istəyinə əsasən kart hesabına köçürülə bilər. Eyni zamanda, əmanətçinin istəyinə əsasən ona plastik kart ilə və ya nağd pul qismində əmanətin 80 faizədək məbləğində 1 il müddətinə kredit xətti açıla bilər. Bu zaman növbəti ayın 9-u tarixinə qədər kredit borcu tam ödənilərsə, kredit xəttindən istifadəyə görə faizlər hesablanmır.
Ətraflı məlumatı: bankın Məlumat Mərkəzindən (012) 149 əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBank_Amanetlerinizi_17_faizedek_artirin__aksiyasina_baslayib-844185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR