Play Store

Ançelotti ilə danışıqlar başladı

İtaliya Futbol Federasiyası millinin yeni baş məşqçisi vəzifəsi üçün Karlo Ançelotti ilə danışıqlara başlayıb.

Metbuat.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin yığmada işləməyə razı olduğu bildirilib. Ancaq hələlik tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, İFF yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmamasından sonra Campyero Ventura ilə yolları ayırıb.

Xatırladaq ki, K.Ançelotti son olaraq "Bavariya"nı çalışdırıb. O, bu ilin sentyabrında istefaya göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR