Play Store

Kabildəki terror aktında ölənlərin sayı 20-yə çatdı

Əfqanıstanın paytaxtı Kabildəki restoranda terror aktı törədilib.

Metbuat.az-ın məlumatına görə, kamikadzenin partlayıcı qurğunu binanın girişində işə salması nəticəsində 8-si polis olmaqla azı 20 nəfər həyatını itirib. Çox sayda yaralı var. Hadisə İslam Cəmiyyəti partiyasının nümayəndələri restoranda toplantı keçirərkən baş verib.

Bildirilir ki, mühafizəçilər içəri girməyə çalışan terrorçunu zərərsizləşdirmək istəyərkən o partlayıcı qurğunu işə salıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR