Play Store

Suriyada mühasirədə olan bölgəyə hücumlar davam edir

Suriya ordusunun mühasirəsində olan Şərqi Quta bölgəsi son sutka ərzində azı 300 dəfə hücuma məruz qalıb.

Metbuat.az-ın məlumatına görə, hökumət qüvvələrinin havadan və qurudan həmlələri nəticəsində 8-i dinc insan olmaqla, azı 20 nəfər həyatını itirib. 100-dən çox yaralı var. Bölgəyə son bir neçə saatda 50 raket atılıb.

Qeyd edək ki, Şərqi Quta əyaləti 5 ildir ki, hökumət qüvvələrinin mühasirəsindədir.

Təhlükəsizlik bölgəsində yerləşən əyalətdə 400 min sakin yaşayır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR