“Qəbələ”nin futbolçusu İtaliyada keçirilən beynəlxalq turnirdə mükafata layiq görülüb

“Qəbələ”nin futbolçusu İtaliyada keçirilən beynəlxalq turnirdə mükafata layiq görülüb
13:03 7 Aprel 2015
53 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
İtaliyada “Mario Maggoni – Walter - Richi” beynəlxalq turnirinə yekun vurulub. Turnrdə “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası da iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” Turin şəhərində keçirilən turnirdə 3 oyunda qüvvəsini sınayıb. Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində komandamız adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klub “Bargaro 1965” ilə üz-üzə gəlib.
Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv “Sampdoriya”ya 0:1, “Parma”ya 0:2 hesabı ilə uduzub. Turnirin meydan sahibləri “Borgaro” ilə oyununda isə hesab açılmayıb.
Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini keçməyib. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb.
Turnirdə “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb.
12 komandanın çıxış etdiyi turnirdə “Qəbələ”dən başqa, İsveç təmsilçisi “Höteborq”da qüvvəsini sınayıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelenin_futbolchusu_Italiyada_kechirilen_beynelxalq_turnirde_mukafata_layiq_gorulub-844187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR