Bakının bağlı yolu nə vaxt açılacaq? - FOTO

Bakının bağlı yolu nə vaxt açılacaq? - FOTO
12:05 7 Aprel 2015
106 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda bağlı yolun açılmasına az qalıb. "Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb. Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.

Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mkr dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR