Salyanda mənzildən xeyli miqdarda pul oğurlanıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, informasiya daxil olan kimi Salyan rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçirilib.
Keçirilən əməliyyat zamanı oğurluğu törədən Fərəc Qasımov tutulub.
Qeyd edək ki, bu ilin yanvarın 3-də Qalib Əsgərovun evindən 14000 manat və 2300 ABŞ dolları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır. Mənbə
ANS PRESS