Bakıda banklar boşaldılır (VİDEO)

Bakıda banklar boşaldılır (VİDEO)
17:06 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əmanətçilər öz pullarını banklardan geri götürməyə başlayıb.

ANS TV-nin məlumatına görə, əmanətlərdən gələn faiz gəlirindən vergi tutulması gözlənildiyi kimi insanları depozitlərini geri götürməyə sövq edib. Artıq bəzi əmanətçilər pullarını geri götürmək üçün banklara üz tutub. Onlar əmanətlərini banka qoyarkən vergi tutulacağını nəzərə almadıqlarından indi bununla barışa bilmirlər.

Əmanətçi Kamal Əli deyir ki, zamanında əmanətdən vergi tutulmurdu. Ona görə, bank işçisi ilə əmanətçi arasında belə bir nə söhbət olurdu, nə də müqavilə. O bunun üçündə pulunu bankdan alıb və daşınan əmlak aldığını bildirdi.

Banklar yeni mexanizmin tətbiqindən sonra vergiləri geri qaytarmağa söz verir. Problemin səbəbi isə, əmanətlərin vergidən azad olunması haqqında güzəştin dekabrın 31-də bitməsi, 500 manata qədər illik faiz gəlirinin vergidən azad edilməsi haqqında dəyişikliyin isə qüvvəyə minməməsidir. Əmanətçiləri hiddətləndirən isə onların hətta vergi güzəştinin olduğu dövrdə qoyduğu pulun gəlirindən də vergi tutulmasıdır. Problem kredit portfelinin böyük bir qismi depozitlər hesabına formalaşan bankları da təşvişə salıb. Amma məsələ ilə bağlı rəsmi qərar olmadığından maliyyə qurumları kamera qarşısında danışmaqdan çəkinirlər.

Adının açıqlanmasını istəməyən bank rəsmisinin bildirdiyinə görə, qanunvericiliyə əsasən əmanətin nə zaman qoyulmasından asılı olmayaraq vergi onun faizinin ödənilməsi anında tutulur. Buna görə də, nə vaxt əmanət yerləşdirməsindən asılı olmayaraq yanvarın birindən sonra köçürülən bütün faiz gəlirləri 10%-lə vergiyə cəlb olunur. Əks halda Vergilər Nazirliyi bankları qanunu pozmaqda günahlandıra bilər. Amma banklar əhalini narahat olmamağa çağırır.

Bankirlər isə söz verir ki, Milli Məclisin qəbul etdiyi və 500 manata qədər faiz gəlirlərini vergidən azad edəcək. Dəyişiklik qüvvəyə minən kimi, 500 manatdan az olan faizlərdən tutulan vergilər əmanətçilərə geri qaytarılacaq. Bank sektorundan bildirirlər ki, Vergilər Nazirliyi ilə hesablaşmalar hər rübün sonunda aparıldığından indi tutulan vergilər onsuz da bankın hesabında qalır. Tez bir zamanda təsdiqlənəcək mexanizmdən asılı olaraq vergidən azad olan məbləğlər geri qaytarılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=318708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR