Dünyanın ən quraq yerini sel basdı

Dünyanın ən quraq yerini sel basdı
12:06 7 Aprel 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən quraq səhrasında sel fəlakəti yaşanıb. ANS PRESS-in məlumatına görə, Çilinin Atakama səhrası və ətrafdakı ərazilər daşqınlara məruz qalıb.

Güclü yağışlardan sonra meydana gələn ərazidəki sel suları nəticəsində 25 nəfər ölüb, 125 nəfər itkin düşüb.

Məlumata görə, yağış suları And dağlarından səhraya axıb. Sel suları qarşısına çıxan hər şeyi- maşınları, hətta evləri belə sürükləyib. Ərazidə palçıq gölməçələri meydana gəlib.
30 minə yaxın insan evakuasiya edilib.

Hökumət su basqınlarının son 80 ildə ölkədə yaşanan ən böyük sel fəlakəti olduğunu açıqlayıblar. Çili dövlət başçısı xarici ölkələrə səfərlərini yarımçıq saxlayaraq geri qayıdıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR