Bu il 47 mindən çox cütlük evləndi - 10 mindən çox boşanma oldu

Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb.

Metbuat.az-ın məlumatın görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah, 9787 boşanma halı qeydə alınmışdı.

Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub.

2017-ci ilin 7 ayı ərzində isə bu göstərici 32864 nikah və 8,532 boşanma olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR