Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifova həsr olunan elmi konfrans keçirilib

13:07 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:59 ]


Bakı. Cavid Zeynallı - APA. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunan “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransı keçirilib.

 

APA-nın məlumatına görə, konfransın açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, konfransın keçirilməsi artıq ənənə halını alıb: “Biz artıq beş ildir bu konfransı uğurla keçiririk və inanıram ki, növbəti illərdə də konfrans daha geniş tərkibdə öz işinə davam edəcək. Builki konfransın Davud bəy Şərifovun xatirəsinə həsr olunması təsadüfü deyil. Milli Azərbaycan Tarixi Muzeyinin inkişafında Davud bəy Şərifovun böyük rolu olub. Onun xidmətləri sayəsində muzeydə yeni şöbələr yaradılıb, yeni eksponatlar muzeyə gətirilib. Ona görə, konfransı Davud bəy Şərifovun xatirəsinə həsr etməyi özümüzə borc bildik”.

 

Tədbirdə akademik, Davud bəy Şərifovun tələbəsi Teymur Bünyadov müəllimi haqqında xatirələrini danışıb, konfransın işinə uğurlar arzu edib.

Konfrans daha sonra məruzələrlə davam etdirilib, tarixçi alimlərin, muzeyşünasların, elmi işçilərin məruzələri dinlənilib. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik və s. sahələri əhatə edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR