"Salam, bəbişim" yazdı, prokurorluğa çağırıldı

"Salam, bəbişim" yazdı, prokurorluğa çağırıldı
13:11 7 Aprel 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul Ticarət Universiteti təcavüz iddiası ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, təhsil müəsissəsinin S.A adlı xanım mütəxəssisi baş katib köməkçisi Adnan Ecevit tərəfindən təcavüzə uğradığını iddia edir.

Universitetdə karyera planlama mərkəzində mütəxəssis olaraq çalışan qadın adıçəkilən şəxsdən prokurorluğa şilayət edib. O, şikayət ərizəsində Adnan Ecevidin ona əvvəlcə şifahi olaraq, ardından da mail yolu ilə söz atdığını yazıb. "Bir dəfə məni otağına çağırıb, "salam, bəbişim" deyə xitab etdi. Onun bu sözlərini ciddiyə almayıb otaqdan çıxdıqda, "təşəəkkür edirəm, quzum" dedikdə artıq təcavüz olduğunu anladım.

Həmin gün emailimə eyni mətnli mesajlar göndərdikdə, artıq onun düşüncəsinin mövqeyindən yararlanıb işçisinə təsir etmək olduğunu anladım. Mənəvi dəyərlərimi təhqir edən bu hərəkətlərin cəzasız qalmaması üçün bu şikayəti edirəm".

Yazışmaları, kamera qeydlərini və digər dəlillərin də iddiasını sübut etdiyini ifadə edən S. A., Adnan Ecevitin cəzalandırılmasını tələb edir. Qadının bu iddiası ilə çalxalanan İstanbul Ticarət Universitet rəhbərliyi mövzu ilə əlaqədar araşdırmaya başlayıb.

İddia ilə gündəmə gələn Adnan Ecevitin ifadəsini alan rəhbərliyin yaxın günlərdə onunla bağlı qərarını verəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR