​Böyükşor gölünün landşaft işlərinə 8 mln. manat sərf olunacaq

13:12 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, park ərazisi müxtəlif bitkilərlə örtülür və bu işlərin yaxın iki ay ərzində yekunlaşacağı gözlənilir.
"Bizim burada həyata keçirdiyimiz layihənin dəyəri təxminən 7-8 mln. manat təşkil edir. Lakin bu cür layihələrdə işin gedişindən asılı olaraq müəyyən dəyişikliklər, maliyyənin azalması və ya artımı da mümkündür", - deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, hazırda Böyükşor gölünün dibinin xüsusi qurğular vasitəsilə təmizlənməsi işləri icra olunur və artıq layihə ərazisinin dibinin 92%-i təmizlənib. Ümumiyyətlə, Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata keçirilir. Birinci mərhələnin - park-bulvarın bu ilin mayında istifadəyə verilməsi planlaşdırılır. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/boyuksor-golunun-landsaft-islerine-8-mln-manat-serf-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR