Belarus atletləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırlar

Belarus atletləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırlar
13:13 7 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+


Minsk, 7 aprel, AZƏRTAC
Belarus atletləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında yüksək nəticələr göstərmək niyyətindədirlər.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Maksim Rıjenkov bu fikri Minskdə, inkişaf və sülh naminə Beynəlxalq İdman Gününə həsr edilmiş mətbuat konfransında söyləyib.
Belarus MOK prezidentinin birinci müavini deyib: “Cari il Milli Olimpiya Komitəsinin üçün hadisələrlə çox zəngin olacaq. Bakıda keçiriləcək Birinci Avropa Oyunları əsas idman tədbirlərindən biri olacaq. Belarus atletləri bu oyunlara çox ciddi hazırlaşır və yüksək nəticələr göstərməyi planlaşdırırlar”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_atletleri_Bakida_kechirilecek_Birinci_Avropa_Oyunlarina_chox_ciddi_hazirlasirlar-844190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR