Mikayıl Cabbarov: "Rəhbərlərə üzümü tutub demək istəyirəm ki..."

Mikayıl Cabbarov: "Rəhbərlərə üzümü tutub demək istəyirəm ki..."
12:17 7 Aprel 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

"Ali təhsil müəssisələri gənclərin elmə cəlbi, gənc alimlərin müəyyən vəzifələrə təyin edilməsi üçün universitetlərin daxilində bu istiqamət üzrə fəaliyyətlərini daha sistemli şəkildə həyata keçirməlidirlər".

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, istənilən gənc alimin aşkar edilməsi onun fəaliyyətinə "ağsaqqallıq" edən peşəkarların, elm xadimlərinin fəaliyyətindən, karyera yüksəlişi mexanizmlərindən asılıdır: "Ali təhsil müəssisələrinin rəhbərlərinə üzümü tutub demək istəyirəm ki, universitetlər daxilində bu fəaliyyəti daha sistemli şəkildə həyata keçirməliyik. Kafedralarda olan vəzifələr rəhbər həmkarlar, dövlət qulluğunda çalışan həmkarlar tərəfindən tutulur. Gənc alimlərin də aşkarlanması üçün təbii dəyişiklik mexanizminin axtarılıb tapılması zəruridir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan gənclərinin dünya elminə inteqrasiyası mühüm və zəruridir. Bu istiqamətdə də mühüm addımlar həyata keçirilir. Amma bu məsələnin daha effektiv həllində dövlət qurumlarından da müəyyən məsələlər asılıdır: "Tədqiqat mövzusunu xaricdə araşdırmaq üçün müəyyən qurumlardan razılıq alınmalıdır. Bu sahədə olan formal tənzimləmə məsələsini müzakirə etmək olar. Praktik əngəllərin daha da sadələşdirilməsinə birgə işləyərək nail olmaq olar".

M.Cabbarov onu da əlavə edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı yeni dövlət proqramı hazırlanır. Bu proqram layihəsində yeni məsələ ortaya qoyulub: "Burada da artıq ikinci alətin əlavə edilməsi planlaşdırılır. Müvafiq ali təshil müəssisələrinə xaricdə fəaliyyət göstərən professorların, elmi tədqiqatçıların gətirilməsi nəzərdə tutulur. Bunlar ilk növbədə xaricdə işləyən professor soydaşlarımız və ilk dövlət proqramı çərçivəsində təhsil alaraq, elmdə müəyyən uğurlar əldə edən gənclər olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR