Ailənin dəhşətli faciəsi: 7 nəfər qurban getdi - VİDEO - FOTO

Ailənin dəhşətli faciəsi: 7 nəfər qurban getdi - VİDEO - FOTO
13:17 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Çindəki ailənin üzləşdiyi faciə ölkəni şoka salıb.
 
Qızını xilas etməyə çalışan ata suya girəndə batmağa başlayıb. Onu qurtarmağa çalışan ana, sonra ailənin digər fərdləri batıblar.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin cənubundakı Quandun vilayətindəki Şantou şəhərində yaşanıb.
Ər, arvad, onların 3 övladı, habelə ailə başçısının qardaşı və bacısı su anbarında batıblar.
 
Ailə su anbarının kənarına gələrək burada dincəlməyə başlamışdı. Günorta saatlarına yaxın 17 yaşlı qız su kənarına yaxınlaşıb və bu zaman onun ayağı sürüşüb, qız suya düşüb.
 
Qız üzə bilmədiyindən atası suya atılaraq onu xilas etməyə çalışıb.
 
Qızının batmağa başladığını görən ana sahilin yanında suya girərək əlini övladına uzadıb. Amma batan qız onu da suya çəkib.
Bacılarının, habelə ata və analarının batdığını görən iki övlad əl-ələ tutaraq onları çıxarmağa çalışanda özləri də suda batıblar.
 
Sonda kişinin qardaşı və bacısı kömək göstərməyə, əl-ələ verərək "xilas zənciri" yaratmağa çalışsalar da, özləri batıblar.
Beləcə, 7 nəfər suda boğulub.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/23966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR