Multikulturalizm Mərkəzi kitabça nəşr edib

Multikulturalizm Mərkəzi kitabça nəşr edib
12:19 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I Virtual Dəyirmi masa materiallarının kitabçasını nəşr edib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub. Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında düzənlənən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. Dəyirmi masanın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məslələr üzrə dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın həqiqi üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Paraiba Dövlət Universitetinin professor (Braziliya) Sudha Svarnakar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya), memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatlatrı kafedrasının müdiri, professor Aleksandr Nesterov, Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti(Almaniya), professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert (İsrail) Arye Qut, politoloq və naşir (İtaliya) Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov olub. Kitabçada virtual dəyirmi masa iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb.

Dəyərli mütəxəssislər Azərbaycanın multikultural bir cəmiyyət olduğunu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrildiyini vurğulayıblar. Dəyirmi masanın sonunda müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verdiyinin nəticəsinə gəlinib.

Bildirilib ki, Azərbaycanda mənəvi dəyərlər sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir. Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Əlikram Abdullayevin rəyləri yer alıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icracı direktoru, professor Azad Məmmədovun fikrincə kitabça ”Azərbaycan multikulturalizmi” fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR