Novruz Məmmədov: "Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”

12:22 7 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 13:16 ]

Bakı. Məlahət Nəcəfova - APA. “Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  öz “Twitter” səhifəsində yazıb.

 

Prezident Administrasiyası rəsmisi Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də toxunub: “Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR