​Bu il istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb

13:22 7 Aprel 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Xidmət tərəfindən cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Bu hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb.
Baş vermiş istehsalat qəzaları ilə əlaqədar DƏMX tərəfindən qanunvericiliyə uyğun qaydada təhqiqat işləri aparılaraq, konkret tədbirlər görülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bu-il-istehsalatla-elaqeli-33-bedbext-hadise-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR